ABŞ Rusiyanı Suriyanın müxalifət qüvvələrini bombalamaqda ittiham edib

ABŞ Rusiyanı Suriyanın müxalifət qüvvələrini bombalamaqda ittiham edib
00:47 2 Mart 2017
98 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 mart. REPORT.AZ/ Rusiya və Suriya qırıcıları Əl-Bab şəhəri ətrafında yerləşən bir neçə kənddə səhvən ABŞ-ın dəstəklədiyi ərəb koalisiyası qüvvələrinə zərbə endirib.
"Report" xəbər verir ki, bu bəyanatla çərşənbə günü Amerika general-leytenantı, İŞİD-ə qarşı beynəlxalq əməliyyatların komandanı Stiven Taunsend çıxış edib.
Onun sözlərinə görə, əməliyyat çərşənbə axşamı aparılıb. General bildirib ki, həmin ərazidə Suriyanın hökumət qüvvələri və Türkiyə hərbçiləri də olub.
Rusiyanın Müdafiə Nazirliyi ərəb koalisiyasına zərbənin endirilmədiyini bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-rusiyani-suriyanin-muxalifet-quvvelerini-bombalamaqda-ittiham-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR