Saçların vəziyyəti insanın sağlamlığının göstəricilərindən biridir. Bəzən qadın fikir verir ki, onun saçları, demək olar uzanmır.
Publika.az saglamolun.az-a istinadən bildirir ki, bu simptom həm saç və baş dərisi, həm də digər orqan və sistemlərinin xəstəliklərinə işarə edə bilər.
Saçların gec uzanmasının əsas səbəbləri:
1. Seboreya (kəpək). Seboreya zamanı saçların soğanaqlarının
qidalanması pozulur ki, nəticədə saçlar gec uzanır və sürətlə
tökülür.
2. Vitamin çatışmazlığı. Sağlam və gözəl saçlar üçün vacib olan
vitaminlər bunlardır: A, C, E, B qrupu. Bu vitaminlərin
çatışmazlığı zamanı saçlar gec uzanır, tökülür, solğun və cansız
olur.
3. Həzm sistemi xəstəlikləri. Bu xəstəliklər zamanı orqanizmə qida
ilə daxil olan vacib maddələrin sorulması prosesi pozulur ki,
nəticədə orqanizmdə vitamin-mineral çatışmazlığı yaranır.
4. Qalxanvari vəzi xəstəlikləri. Qalxanvari vəzinin fəaliyyətinin
zəifləməsi (hipotireoz) zamanı saçlar çox gec uzanır və
tökülür.
5. Güclü və uzunmüddətli streslər zamanı saçların uzanması
ləngiyir.