"Barselona" 3 xalı 6 qolla qazandı -

İspaniya La Liqasında 25-ci turun oyunları keçirilir.

Metbuat.az-ın məlumatına görə, "Barselona" Xixon "Sportinq"ini qəbul edib. Oyunun 9-cu dəqiqəsində hesab açılıb. Xavyer Maskeranonun ötürməsini qola çevirən Lionel Messi komandasını hesabda önə çıxarıb. Çox keçmədən "Barselona" hesab arasındakı fərqi artırıb. Birinci hissənin sonuna qədər komandalar hərəyə bir dəfə olmaqla, daha iki dəfə fərqləniblər.

Fasiləyə 3:1 hesabı ilə öndə yollanan katalanlar ikinci hissədə daha üç dəfə "Sportinq"in qapısına yol tapıblar. Pako Alkaser, Neymar və İvan Rakitiçin vurduğu qollar yekun hesabı müəyyənləşdirib: 6:1.

İspaniya La Liqası

25-ci tur

"Barselona" - "Sportinq" (Xixon) - 6:1

Qollar: Messi, 9, Rodriqes, 11 (öz qapısına), Suares, 27, Pako, 49, Neymar, 65, Rakitiç, 87 - Kastro, 21

"Real"dan 1 oyun artıq keçirən "Barselona" 57 xalla turnir cədvəlinə başçılıq edir. Qeyd edək ki, hazırda davam edən "Real" (Madrid) - "Las Palmas" görüşündə 1:1 hesablı bərabərlik var.

"Barselona" - "Sportinq" matçınının icmalını təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR