Luis Enrike "Barselona"nı tərk edir

Luis Enrike "Barselona"nı tərk edir
02:22 2 Mart 2017
113 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 2 mart. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun baş məşqçisi Luis Enrike mövsümün sonunda komandadan ayrılacağını bildirib.
"Report" xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi "Twitter" səhifəsində məlumat yerləşdirilib.
"Kluba mənə etimad göstərdiyi üçün təşəkkür etmək istəyirəm. Bu üç il unudulmaz idi", - deyə 46 yaşlı mütəxəssis bildirib.
Enrike komandaya 2014-cü ildə baş məşqçi təyin olunub. Klub onun rəhbərliyi altında iki ölkə çempionatı və bir ölkə kubokunun qalibi olub. Kataloniyalılar, həmçinin İspaniya Superkuboku, Çempionlar Liqası, UEFA Superkuboku və Dünya klub çempionatının qalibi olub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/luis-enrike-barselona-ni-terk-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR