Uçuşlar təxirə düşəcək?

Uçuşlar təxirə düşəcək?
10:56 7 Yanvar 2015
151 Ölkə
Ölkə mətbuatı
A- A+

"Havaların kəskin dəyişməsi ilə əlaqədar olaraq təyyarə reislərin təxirə düşəcəyi gözlənilmir".

Bu barədə ANS PRESS-ə “AZAL”ın məlumat bürosundan bildirilib. Qeyd edilib ki, havaların səkin dəyişməsinə baxmayaraq təyyarə uçuşları vaxtı-vaxtında həyata keçirilir və reyslərin təxirə düşməsi hələlik gözlənilmir.

Qeyd edək ki, bu gündən etibarən hava kəskin dəyişəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, yanvarın 7-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Arabir güclənən cənub-qərb küləyi əsəcək.

Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvar ayının 7-si axşamdan başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, şimal küləyinin güclənəcəyi, yanvarın 8-dən 10-dək fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Yanvarın 8-də havanın temperaturunun ötən günlə müqayisədə 10-12 dərəcə aşağı düşəcəyi, yanvarın 08-i gün ərzində 0 dərəcəyə yaxın, axşama doğru 2 dərəcəyədək şaxta, yanvarın 09-u gün ərzində 0 dərəcəyə yaxın, yanvarın 9-10-da gecə saatlarında 4 dərəcəyədək şaxta olacağı ehtimalı var.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=318165

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR