Böyük Britaniyada MDB üzrə nazir postu yaradıla bilər

Böyük Britaniyada MDB üzrə nazir postu yaradıla bilər
05:47 2 Mart 2017
106 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 mart. REPORT.AZ/ Böyük Britaniya Parlamentinin İcmalar Palatasının Beynəlxalq komitəsi hesabat çərçivəsində bəyan edib ki, Rusiya və MDB ölkələri ilə münasibətlərə ayrıca diqqət ayırmaq lazımdır.
"Report" xəbər verir ki, bunun üçün parlamentarilər Rusiya və MDB işləri ilə məşğul olacaq nazir postunun yaradılmasını təklif edirlər.
İcmalar Palatasının nümayəndələri güman edirlər ki, bu şəkildə idarənin ekspert səviyyəsi qalxmış olacaq.
"Böyük Britaniya və Rusiya münasibətlərində qalmaqda olan gərginlik və bu münasibətlərin bizim təhlükəsizliyimiz üçün uzunmüddətli perspektivdə qalmasının vacibliyini nəzərə alaraq Rusiya və MDB ölkələri üzrə cavabdeh olan kiçik nazir təyin etmək yerində olardı", - deyə hesabatda qeyd olunur.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/britaniya-parlamenti-mdb-uzre-nazir-postunun-yaradilmasini-teklif-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR