Con Kerri münaqişələrin həlli ilə məşğul olacaq

Con Kerri münaqişələrin həlli ilə məşğul olacaq
06:12 2 Mart 2017
98 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 mart. REPORT.AZ/ Birləşmiş Ştatların keçmiş dövlət katibi Con Kerri özünə yeni iş yeri tapıb. Siyasətçi bundan sonra Vaşinqtonun Karneqi Fondunda fəaliyyət göstərəcək.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, qəbul edilmiş qərar barədə təşkilatın prezidenti Uilyam Berns məlumat verib.
O, belə bir təcrübəli əməkdaşa ehtiyac duyulduğunu bildirib.
"Con Kerrinin bütün dünyada sülhə bağlılığı Karneqi Fondunun missiyasına uyğundur", - deyə Berns söyləyib.
Fond rəhbəri əvvəllər sabiq dövlət katibinin rəhbərliyi altında işləyib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/con-kerri-munaqiselerin-helli-ile-mesgul-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR