Android sistemli proyektor göstərildi

Android sistemli proyektor göstərildi
07:32 2 Mart 2017
Ölkə mətbuatı
A- A+

Yaponiyanın "Sony" şirkəti Barselonada keçirilən "Mobile World Congress" sərgisi çərçivəsində müxtəlif səthlər üzərində sensor ekran kimi universal işləmə imkanına malik yeni "Xperia Touch" proyektorunu təqdim edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ötən il oxşar proyektorun prototipini təqdim edən Yaponiya şirkəti bu dəfə qurğunun görünüşündə əhəmiyyətli dəyişikliklər edib. Qiyməti 1499 avro təşkil edəcək "Xperia Touch" qurğusunun yaxın vaxtlarda Avropa və Yaponiyada, o cümlədən ABŞ bazarında satışa çıxarılacağı gözlənilir.

Məlumata görə, "Android" mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən proyektor onlayn mağazadan xüsusi əlavələrin yüklənməsini nəzərdə tutur. Bundan başqa, qurğu iki dinamiklə təchiz edilib. Qurğuda əsas məhdudiyyət kimi ekran ölçüsünün 80 düymdən çox olmaması qeyd edilir, əks halda, sensorlu funksiyaların lazımınca işləməyəcəyi bildirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/521987.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR