Tovuzda 70 yaşlı kişi tennis oynayanda keçinib

Tovuzda 70 yaşlı kişi tennis oynayanda keçinib
07:42 2 Mart 2017
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuz rayonunda 70 yaşlı kişi stolüstü tennis oynayan zaman dünyasını dəyişib.

Milli.Az "Report"a istinadən bildirir ki, yerli sakin Müzəffər Abdullayev oyun zamanı özünü pis hiss etdiyini bildirib və o, dərhal xəstəxanaya çatdırılıb.
Lakin həkimlərin səylərinə baxmayaraq həvəskar tennisçinin həyatını xilas etmək mümkün olmayıb. Onun ölümünə ürək tutması səbəb olub.
M.Abdullayevin həftənin 4 günü adıçəkilən idman növü ilə məşğul olduğu bildirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/522439.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR