Virtual reallıq bazarı böyüyəcək

Virtual reallıq bazarı böyüyəcək
07:47 2 Mart 2017
Ölkə mətbuatı
A- A+

"SuperData" şirkətinin analitikləri 2020-ci ilədək virtual reallıq bazarının həcminin 20 dəfə artacağını açıqlayıblar. Belə ki, 2016-cı ildə virtual reallıq bazarında satış həcmi 1,8 milyard dollar təşkil edirdisə, 4 ildən sonra bu göstəricinin 37,7 milyard dollara çatacağı gözlənilir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, hazırda virtual reallıq bazarında müvafiq qurğu və avadanlıqlara tələbat var, lakin bir neçə ildən sonra daha çox tələbatın proqram təminatı və servislərə olacağı proqnozlaşdırılır.  

Proqnoza görə, yaxın ildə bazarda bu yaxınlaradək çatışmayan kaska və eynəklər daha çox populyarlıq qazanacaq. Bundan başqa, istifadəçilər ucuz qurğuları kənara qoyaraq bahalı qurğulara üstünlük verməyə başlayacaqlar. Məsələn, "Google Cardboard" kaskasının satışından gəlir azaldığı halda daha bahalı və keyfiyyətli məhsul istifadəçilər arasında uğur qazanacaq.

Bundan əvvəl "Goldman Sachs" investisiya bankı 2025-ci ilədək virtual reallıq və əlavə reallıq bazarının həcminin 35 milyard dollara çatacağı, bu qurğulardan istifadə edənlərin ümumi sayının 315 milyon nəfər təşkil edəcəyi ilə bağlı proqnoz verib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/521989.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR