Gürcüstan vətəndaşları Aİ ölkələrinə vizasız gedəcəklər

Gürcüstan vətəndaşları Aİ ölkələrinə vizasız gedəcəklər
07:48 2 Mart 2017
121 Dünya
Ölkə mətbuatı
A- A+

Avropa Parlamentinin prezidenti Antonio Tayani Avropa İttifaqı (Aİ) və Gürcüstan arasında vizasız rejimin tətbiqini nəzərdə tutan sazişi imzalayıb.

Trend "Georgia-Online" agentliyinə istinadən xəbər verir ki, imzalanma mərasimində Gürcüstanın baş naziri Georgi Kvirikaşvili, xarici işlər naziri Mixail Canelidze və digər rəsamilər iştirak ediblər.

Bu, Gürcüstan vətəndaşlarının Şengen zonası ölkələrinə vizasız gediş-gəlişini təmin edən son prosedurlardan biridir.

Saziş bir neçə gün ərzində Aİ-nin rəsmi jurnalında dərc olunacaq. Bundan 20 gün sonra vizasız rejim tətbiq olunmağa başlayacaq. Beləliklə, martın sonundan etibarən Gürcüstan vətəndaşları Aİ ölkələrinə vizasız gediş-gəliş əldə edəcəklər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/189807.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR