Ən sürətli SD kart hazırlanıb

Ən sürətli SD kart hazırlanıb
08:05 2 Mart 2017
109 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Sony" şirkəti dünyada ən sürətli yeni "SD" kartını satışa çıxarmağa hazırlaşır. "SF-G" seriyalı kart martda 32, 64 və 128 QB formatlarında əlçatan olacaq. Sözügedən "SD" kartı 300 Mb/s sürətində oxuma və yazma sürətinə malik olacaq. "Sony" şirkətinin məlumatına görə, "4K" formatından istifadə edən fotoqrafların ehtiyaclarını nəzərə alaraq belə parametrlər hazırlanıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, bu "SD" kartı yüksək təsvir ölçülü məzmunun çəkilişi və böyük tutumlu məlumatların kompüterə daşınması üçün uyğun variantdır. Şirkətin "USB 3.1 Gen1" interfeysi ilə uyğun olan yeni kart oxuducusu bu məqsədə xidmət edir. Köhnə mexaniki sərt disklərin sahibləri yeni "SD card"ın bütün üstünlüklərindən yararlana bilməyəcəklər.

Yeni "SD" kartı "UHS-II" interfeysi ilə işləyir və yüksək sürətinə görə "Sony" şirkətinin proqram təminatına borcludur. Bu kartlar şirkətin bərpa proqramları ilə uyğundur, su keçirməzdir, temperatur fərqinə, zərbəyə və rentgen şüalanmasına qarşı dayanıqlıdır. "Sony" şirkəti hələ yeni kartların qiymətini açıqlamayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/521991.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR