“YouTube”dan rekord: sutkada 1 milyard saat video

“YouTube”dan rekord: sutkada 1 milyard saat video
08:17 2 Mart 2017
129 Maraqlı
Ölkə mətbuatı
A- A+

"YouTube" video xidməti gün ərzində 1 milyard saat online video izlənmə rəqəminə nail olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bunu şirkətin texnoloji məsələlər üzrə vitse-prezidenti Kristos Qudrou açıqlayıb. "Biz öz səyahətimizdə vacib mərhələyə nail olmuşuq - bütün dünya üzrə insanlar indi hər gün "YouTube"da milyard saat video izləyir!" - deyə o, söyləyib.
 
K. Qudrou bildirib ki, bir istifadəçinin "YouTube"da milyard saat videoya baxması üçün 100 min ildən çox vaxt lazımdır.
 
Qeyd edək ki, "YouTube" 2005-ci ilin fevralında yaradılıb və 2006-cı ilin noyabrında "Google" tərəfindən 1,65 milyard dollara satın alınıb. Hazırda "YouTube" dünyada 2-ci populyar saytdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/521999.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR