Meksikada qaçırılmış avtobusda 11 ölü tapılıb

Meksikada qaçırılmış avtobusda 11 ölü tapılıb
08:17 2 Mart 2017
82 Dünya
Ölkə mətbuatı
A- A+

Meksikanın Verakrus ştatında qaçırılmış turist mikroavtobusunun içində 11 nəfərin meyiti tapılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu haqda ştatın qubernatoru Miqel Anxel Yunes məlumat verib.

Yunes deyib: "Bu hökumət və ya əhaliyə qarşı hücum deyil, bu cinayətkar qruplar arasındakı münasibətlərin müəyyənləşdirilməsidir".

Mikroavtobus Boka-del-Rio şəhərində tapılıb, nəqliyyat vasitəsinin mülkiyyətçisi artıq müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/522427.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR