Luis Enrike "Barselona"dan gedir

Luis Enrike "Barselona"dan gedir
08:22 2 Mart 2017
94 İdman
Ölkə mətbuatı
A- A+

İspaniyanın "Barselona" klubunun baş məşqçisi Luis Enrike mövsümün sonunda komandadan ayrılacağını bildirib.

Milli.Az "Report"a istinadən bildirir ki,bu barədə Kataloniya klubunun rəsmi "Twitter" səhifəsində məlumat yerləşdirilib.
"Kluba mənə etimad göstərdiyi üçün təşəkkür etmək istəyirəm. Bu üç il unudulmaz idi", - deyə 46 yaşlı mütəxəssis bildirib.
Enrike komandaya 2014-cü ildə baş məşqçi təyin olunub. Klub onun rəhbərliyi altında iki ölkə çempionatı və bir ölkə kubokunun qalibi olub. Kataloniyalılar, həmçinin İspaniya Superkuboku, Çempionlar Liqası, UEFA Superkuboku və Dünya klub çempionatının qalibi olublar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/522433.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR