Dualar nə zaman qəbul olur?

Dualar nə zaman qəbul olur?
08:37 2 Mart 2017
209 Ölkə
Ölkə mətbuatı
A- A+

Duaların konkret olaraq nə zaman qəbul olduğunu və nə zaman qəbul olmadığını söyləmək düzgün deyil. Allah hər yerdə və hər zaman edilən duaları eşidər, lazım bildiyi duaları cavablandırar. Amma elə vaxtlar var ki, o zaman duaların qəbul olma ehtimalı daha böyükdür.

Milli.Az islam.az-a istinadən bildirir ki, məsələn, "Üsuli-Kafi"də yazıldığına görə, İmam Cəfər Sadiq (ə) buyururdu ki, dörd vaxtda səmanın qapıları açılar və dualar müstəcab olar: külək əsən zaman, zöhr vaxtı, yağış yağanda və Allah yolunda mömin qanının ilk damcısı yerə töküləndə. Başqa bir hədisdə İmam Sadiq (ə) duaların müstəcab olduğu vaxtları belə xatırladır: vitr namazında, fəcrdən (sübh namazından) sonra, zöhrdən sonra və məğribdən sonra. Həzrət Əli (ə) dörd yerdə dua etməyə çağırırdı: Quran oxunanda, azan deyiləndə, yağış yağanda, haqq və batil qoşunları toqquşanda.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/522001.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR