Düyməli telefonların sayı nə qədərdir?

Düyməli telefonların sayı nə qədərdir?
08:42 2 Mart 2017
Ölkə mətbuatı
A- A+

"Strategy Analytics" analitik şirkətinin məlumatına əsasən, 2016-cı ildə zəng etmə və "SMS" göndərmə funksiyasına malik 396 milyon adi telefon dünya bazarına çıxarılıb. Mütəxəssislərin hesablamasına görə, ötən il mobil telefonların qlobal tədarük həcmində (1.88 milyard) bu tip aparatların payı 21% təşkil edib. Analitiklərin məlumatına görə, ənənəvi düyməli telefonlar hələ də kifayət qədər populyardır: ötən il ərzində satılmış hər beş aparatdan biri bu kateqoriyaya aid olub.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Samsung" şirkəti düyməli aparatların ən böyük istehsalçısıdır. 2016-cı ildə Cənubi Koreya şirkəti 52,3 milyon telefon tədarük edib və bazar payı 13% təşkil edib.

"Nokia" telefonu ikinci yeri tutur. İndi Finlandiyanın "HMD Global" şirkəti bu brendin tanıdılması ilə məşğuldur. Finlandiya şirkəti 35,3 milyon düyməli telefon istehsal edib. "Nokia"nın smartfon bazarında çətinliklərlə qarşılaşmasına baxmayaraq Finlandiya brendi ənənəvi mobil telefonlar seqmentində öz nüfuzunu qoruyub saxlayır.

Smartfonların Afrika və Hindistan kimi inkişaf etməkdə olan regionlarda adi telefonları tədricən bazardan sıxışdırıb çıxarmasına baxmayaraq, əvvəlki kimi yüz milyonlarla düyməli aparat satılır. Ucuz qiymət və istifadə sadəliyi istehlakçıları bu tip qurğulara cəlb edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/521995.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR