Sançes yayda "Arsenal"ı tərk edəcək

Sançes yayda "Arsenal"ı tərk edəcək
08:42 2 Mart 2017
55 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərənin "Arsenal" klubunun çilili hücumçusu Aleksis Sançes London komandasını tərk etmək qərarına gəlib.

Milli.Az "Report"a istinadən bildirir ki, futbolçu mövsümün sonunda komandasını dəyişəcək.
Məlumata görə, 28 yaşlı hücumçu "topçular"ın nəticələrində irəliləyişin olmamasından narazıdır və hətta baş məşqçi Arsen Venqer qalacağı təqdirdə belə komandadan getmək niyyətindədir.
Futbolçunun klub ilə hazırkı müqaviləsi 2018-ci ilin yayında bitir.
Sançes "Arsenal"da 2014-cü ildən çıxış edir. O, cari mövsümdə 25 oyuna 17 qol vurub və 7 məhsuldar ötürmə edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/522435.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR