"Washington Post": "ABŞ-ın baş prokuroru ötən il iki dəfə Rusiya səfiri ilə görüşüb"

"Washington Post": "ABŞ-ın baş prokuroru ötən il iki dəfə Rusiya səfiri ilə görüşüb"
09:12 2 Mart 2017
89 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın baş prokuroru Ceff Seşns ötən il seçkiqabağı kampaniya zamanı Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak ilə görüşüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Washington Post" qəzeti yazıb.
 
Məlumata əsasən, ötən ilin sentyabrında Senat üzvü olan C.Seşns öz ofisində Rusiya səfirini qəbul edib. Bundan əvvəl C.Seşns və S.Kislyak iyulda görüşüblər. Konqresdə baş tutan dinləmələrdə Rusiya nümayəndələri ilə ünsiyyətdə olmasına dair sualı cavablandıran C.Seşns bunu təkzib edib.
 
Qeyd edək ki, fevralın 14-də ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri, general Maykl Flinn istefa verib. Buna səbəb onun S. Kislyakla telefon söhbətləri barədə prezident D.Trampı  tam məlumatlandırmadığı olub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/522444.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR