Vizasız rejim ləğv ediləcək - Diktator qardaşının öldürülməsinə görə

Vizasız rejim ləğv ediləcək - Diktator qardaşının öldürülməsinə görə
09:42 2 Mart 2017
99 Dünya
Ölkə mətbuatı
A- A+

Malayziya hökuməti martın 6-dan Koreya ilə vizasız rejimin ləğv olunacağını elan edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Malayziya baş nazirinin müavini Əhməd Zahid Həmid bu addımın təhlükəsizlik məqsədilə atıldığını bəyan edib. Artıq Şimali Koreya vətəndaşları Malayziyaya səfər etmək üçün viza almağa məcbur olacaqlar.

Ölkə bu qərarı Koreya liderinin qardaşı Kim Çen Nanın Kuala-Lumpur aeroportunda ölümündən bir neçə həftə sonra qəbul edib.

Qeyd edək ki, daha öncə onun ölümündə ittiham olunan İndoneziya və Vyetnam vətəndaşlarının Malayziyada saxlanılması barədə xəbər verilmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/522463.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR