Qardaş telefonla danışan bacısının başını kəsdi

Ötən gün Sabirabad rayon Qalağayın kəndində qətl hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki,kənd sakini, 1990-cı il təvəllüdlü Famil Əlirza oğlu İbişov bacısı, 1988-ci il təvəllüdlü Hüsniyyə Əlirza qızı İbişovanın boğazını kəsib. Buna səbəb isə bacısının telefonla danışması olub.

F.İbişov hadisəni törətdikdən sonra paltarını dəyişib, könüllü şəkildə rayon polis idarəsinə təslim olub. Hadisə baş verən zaman qardaşla bacı evdə tək olublar.

Məlumatda o da bildirilir ki, F.İbişov bir neçə il öncə həmyerlisi olan digər bir şəxslə də əlbəyaxa olub və ona küt alətlə xəsarət yetirib.

Qətlə yetirilən H.İbişovanın bir neçə il bundan öncə ailəsindən ayrıldığı da bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Əsmər / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR