Riçard Almeyda Rinat Alməmmədov olacaqmı?

Riçard Almeyda Rinat Alməmmədov olacaqmı?
10:07 2 Mart 2017
87 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın milliləşdirilərək yığma komandamıza cəlb olunacaq braziliyalı futbolçusu Riçard Almeydanın Azərbaycan vətəndaşlığı aldıqdan sonra özünə Azərbaycan adı və ya soyadı götürəcəyi məsələsi müzakirə olunur.


Məsələ ilə əlaqədar qol.az saytının müxbiri AFFA və “Qarabağ” rəsmilərinə müraciət edib.


AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu bildirib ki, bu məsələ futbolçunun istəyindən asılıdır: "Bu, futboçunun şəxsi işidir. FİFA-nın tələblərinə uyğun şəkildə həll olunmuş məsələdir. Almeyda sırf qanun çərçivəsində milliləşdirilir. Saxta yolla olanda hansısa ad dəyişməsi ola bilər.  Qeyd etdiyim kimi, bu cür məsələlər futbolçunun istəyindən asılıdır. O, ad və ya soyadını dəyişməsi ilə bağlı isə bizə nəsə deməyib və sənədləşdirmə işlərində də bununla bağlı nəsə yoxdur”.


“Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib ki, Almeyda özünə Azərbaycan adı və ya soyadı götürməsi ilə bağlı onlara hər hansı söz deməyib.


Futbolçuya yaxın olan şəxslərdən biri də qol.az-a bildirib ki, Almeyda özünə Azərbaycan adı və ya soyadı götürmək fikrində deyil.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ricard-almeyda-rinat-almmmdov-olacaqm-t56616.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR