Diş həkiminə gedərkən çox diqqətli olun

Hepatit C eyni adlı virusun orqanizmdə törətdiyi qaraciyər xəstəliyidir. Xəstəlik bir neçə həftə davam edə, tam sağalma ilə sonlana bilər. Lakin xronikiləşərək ömür boyu davam edib, ağır qaraciyər xəstəliklərinə də yol aça bilər.

Hepatit C virusu 1989-cu ildən sonra kəşf edilib. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, dünya əhalisinin 3-5%-i bu virusa yoluxub.

"Hepatit C-nin yoluxması qan təması ilə mümkündür”.

Bunu Metbuat.az- a açıqlamasında qastroenteroloq-hepatoloq Müslüm Nursoy deyib.

Həkimin sözlərinə görə, digər bədən mayeləri və ya cinsi əlaqə zamanı yoluxma riski olsa da, çox aşağıdır. Gündəlik həyatımızda qarşılaşdığımız diş həkimi kabinetləri, gözəllik salonları, ginekoloji müayinə zamanı yoluxmaq mümkündür. Sosial münasibətlər zamanı yoluxma riski isə azdır.

Həkim qeyd etdi ki, Hepatit C tam müalicəsi olan bir xəstəlikdir. Son iki ildə kəşf edilən yeni antiviral preparatlarla virusu orqanizimdən tamamilə atmaq və tam sağalmaq mümkündür. Xəstəliyin müalicəsi bütün dünyada olduğu kimi, ölkəmizdə də böyük uğurla həyata keçirilir. Önəmli olan əsas məqam insanların vaxtında müayinələrdən keçməsi və virus aşkarlanan xəstələrin gecikmədən müalicə olunmasıdır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR