Rusiyalı komitə sədri rəsmi Moskva ilə Bakını bir-birini dəstəkləməyə çağırdı

Rusiyalı komitə sədri rəsmi Moskva ilə Bakını bir-birini dəstəkləməyə çağırdı
10:13 2 Mart 2017
86 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutskiy rəsmi Moskva ilə Bakını hər zaman bir yerdə olmağa və bir-birini yaxından dəstəkləməyə çağırıb.

Publika.az rus mediasına istinadən xəbər verir ki, deputat Leonid Slutskiy Rusiya və Azərbaycanın tarixən bir-birinə yaxın dövlətlər olduğunu söyləyib:

“Böyük Rusiya və böyük Azərbaycan hər zaman birlikdə hərəkət etməlidir. Biz yalnız və yalnız bir yerdə məqsədlərə çata bilərik. Mən 5 il Rusiya Dövlət Dumasının MDB ölkələri üzrə Komitəsinə sədrlik etdim. Bu beş ildə mən Azərbaycan Milli Məclisi ilə bir yerdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün əlimdən gələni etdim”.

Leonid Slutskiy deyib ki, hazırda Azərbaycanın çox uzaqgörən və ağıllı İlham Əliyev kimi Prezidenti var:

“O, mənim qardaşımdır və şəxsiyyətinə böyük hörmət bəsləyirəm. İndiyədək cənab İlham Əliyev Azərbaycan üçün bir çox uğurlara imza atıb. Bunun nəticəsidir ki, indi Azərbaycan öz iqtisadi inkişafına görə keçmiş SSRİ ölkələri arasında birinci yerlərdə dayanır”.

Rus deputat Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibəti ilə Mehriban Əliyevanı da təbrik edib: “Dost Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibəti ilə hörmətli Mehriban xanım Əliyevanı da təbrik edirəm, ona işlərində uğurlar arzu edirəm”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/189843.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR