ABŞ-ın baş prokuroru Rusiya ilə əlaqələrini gizlətməkdə şübhəli bilinir

ABŞ-ın baş prokuroru Rusiya ilə əlaqələrini gizlətməkdə şübhəli bilinir
10:17 2 Mart 2017
61 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 mart. REPORT.AZ/ ABŞ-ın baş prokuroru Ceff Seşns prezident seçkiləri kampaniyası zamanı iki dəfə Rusiyanın Briləşmiş Ştatlardakı səfiri Sergey Kislyak ilə danışıb.
"Report" xəbər verir ki, bu barədə ABŞ KİV-i yazıb.
"Associated Press" Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb ki, hər iki söhbət 2016-cıl ildə, Seşns hələ senator olarkən baş tutub. Amma Konqresdə bu vəzifəyə təsdiq olunması zamanı baş prokuror bu məlumatları gizlədib və açıqlamayıb.
"Washington Post" nəşri isə Rusiya səfiri S.Kislyak ilə danışıqlardan birinin təkbətək xarakterli olduğunu və Seşnsin ofisində baş tutduğunu, digərinin isə başqa səfirlər ilə görüşdə reallaşdığını yazıb.
Ədliyyə Nazirliyindən artıq baş prokurorun həmin zaman bu söhbətlərin qabardılmasına əhəmiyyət vermədiyindən bu haqda danışmadığına dair açıqlama verilib.
Ağ Ev hələlik baş prokurora qarşı yönələn iddiaları şərh etmir.
Xatırladaq ki, daha əvvəl Moskva ilə bu cür əlaqələrə görə ABŞ prezidentinin müşaviri Maykl Flinn artıq istefa veri

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-in-bas-prokuroru-rusiya-ile-elaqelerini-gizletmekde-subheli-bilinir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR