İŞİD-in yeraltı bazası tapıldı - FOTO

İŞİD-in yeraltı bazası tapıldı - FOTO
10:27 2 Mart 2017
Ölkə mətbuatı
A- A+

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının daha bir təlim-məşq bazası aşkarlanıb. Terrorçuların illərdən bəri nəzarətdə saxladıqları Mosul şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı aşkarlanan baza şəhərin cənubundadır.

Milli.Az Al Arabiya-ya istinadən bildirir ki, 2014-cü ildə İŞİD-in əlinə keçmiş Mosuldakı bu baza yerin altında, bunkerlərdədir. Çox ciddi möhkəmləndirilmiş bazaya giriş tunel vasitəsilədir.

İraq Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bu yeraltı bazada İŞİD-in "mühacir"ləri, yəni xarici ölkələrdən İŞİD-ə qatılan terrorçular hazırlıq keçirdilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində









Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/522456.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR