“Viber” şirkəti “Windows” sistemindən imtina edib

“Viber” şirkəti “Windows” sistemindən imtina edib
10:35 2 Mart 2017
Ölkə mətbuatı
A- A+

“Viber” şirkəti messencerin “Windows” əməliyyat sistemləri üçün yeni versiyalarını çıxarmaqdan imtina etmək niyyətindədir.

“ICTnews” Elektron Xəbər Xidməti “news.rambler.ru” saytına istinadən yazır ki, "şirkətimizin məhdud resurslarından maksimum səmərəli üsulla istifadə etmək üçün “Windows Phone 10” və “Windows 10” üçün hər hansı yeniləmələrin çıxarılmasından imtinaya dair qərar verdik. Yaxın gələcəkdə yeni versiyaların çıxarılması ilə bağlı planımız yoxdur. Planlarımızda dəyişiklik olduğu halda biz bu barədə xəbərdarlıq edəcəyik" – “Viber” şirkətinin nümayəndələri məlumat veriblər.

Beləliklə, populyar messencerin yaradıcıları  “iOS” və “Android” mobil platformalarına daha böyük önəm veriblər. “Viber” messencerinin “Windows” üçün cari versiyası, çox güman ki, sonuncu olacaq.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-46395-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR