Trampı tank təki maşın gəzdirir - FOTO

Trampı tank təki maşın gəzdirir - FOTO
10:42 2 Mart 2017
114 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp üçün zirehli, güllə keçirməyən xüsusi avtomobil ayrılıb. Rəsmi adı "Cadillac One", qeyri-rəsmi adı isə "The Beast" olan bu limuzin iki off-roud avtomobilindən də uzun və ağırdır.

Milli.Az ABC-yə istinadən bildirir ki, 1,8 milyon dəyərindəki avtomobilin mühərriki 12 silindrlidir.

"General Motors" avtomobil konserninin istehsalı olan avtomobil ABŞ prezidentinin 12 maşınlıq "avtopark"ına daxildir.

8 ton ağırlığındakı "The Beast"ın polad qapılarının qalınlığı 20,3 santimetrdir. Bu qapılar bioloji və kimyəvi təsirlərə də davamlıdır.

Dünyanın ən təhlükəsiz avtomobili sayılan "The Beast"nın şüşələri zirehdələn güllələrə də dözümlüdür.

Maşın kevlar şinlərlə, muxtar hava təminatı və yanğınsöndürmə sistemləri, gecəgörmə cihazları, avtomat silahlarla da təchiz olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində





Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/522460.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR