Bakıda avtokassada bilet satışına suni maneə yaradılıb

Bakıda avtokassada bilet satışına suni maneə yaradılıb
10:42 2 Mart 2017
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 mart. REPORT.AZ/ Bakıda avtokassada bilet satışına suni maneə yaradılıb.
"Report"un xəbərinə görə, Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində bir qrup şəxs avtobus sürücülərinə sərnişin sayına görə bilet satışının həyata keçirilməsinin qarşısını almağa çalışıb. Onlar avtokassanın işçiləri ilə əlbəyaxa davada edib. Həmin şəxslərin iddiasına görə biletlər qanunsuz satılır.
Əraziyə polis işçiləri dəvət olunub. Bilet satışı işinə maneə törədən şəxslər Qaradağ Rayon Polis İdarəsinə aparılıb.
Kassanın rəhbəri bildirib ki, 2000-ci ildən burda fəaliyyət göstərirlər. Son iki gündür ki, özlərini təqdim etməyən naməlum şəxslər bilet satanlara qarşı qol gücündən istifadə edirlər. Bununla bağlı Qaradağ Rayon Polis İdarəsinə rəsmi müraciət edilib.
İdarədən bildirilib ki, suni əngəl yaradan şəxslərin izahatı alınıb. Araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-avtokassada-bilet-satisina-suni-manee-yaradilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR