Bakının mərkəzindəki böyük tıxacın SƏBƏBİ

Bakının mərkəzindəki böyük tıxacın SƏBƏBİ
10:42 2 Mart 2017
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Səhər saatlarında Bakının mərkəzində - Yusif Səfərov küçəsində böyük tıxac yaranıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tıxacın səbəbi yolun genişləndirilməsi ilə əlaqədar son günlər aparılan təmir işləridir.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə bildirib ki, ərazidə aparılan qazıntı işləri Y.Səfərov küçəsinin genişləndirilməsi ilə bağlıdır:

"Küçədə aparılan yenidən qurulma işləri çərçivəsində yolun ayırıcı zolağı kiçildilir. Ayırıcı zolaq 4 metrdən 2 metrə endirilir. Qazıntı işləri bir hərəkət zolağı üzrə aparılır. Yolun digər 5 zolağı boşdur. Həmin ərazidə pik saatlarda sıxlıq müşahidə olunur".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/522489.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR