Azərbaycan Beynəlxalq Bankında yeni təyinatlar olub

Azərbaycan Beynəlxalq Bankında yeni təyinatlar olub
10:52 2 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankının (ABB) menecment komandasına 3 yeni şəxs qoşulub.
Bankdan “Report”a verilən məlumata görə, bunlar Ülvi Qasımov, Zamiq İsaoğlu və Eldar Xəlilovdur.
Ü.Qasımov ABB-nin İdarə Heyəti (İH) sədrinin müşaviri vəzifəsinə təyin edilib. O, 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitiriub, bank sektorunda 2006-cı ildən fəaliyyət göstərir, kreditləşmə fəaliyyəti sahəsində böyük təcrübəsi var, son təyinata qədər “Unibank” ASC-də çalışıb. Ü.Qasımov ABB-də korporativ bankçılıq istiqamətinin inkişafı məsələləri ilə məşğul olacaq.
Z.İsaoğlu da ABB-nin İH sədrinin müşaviri vəzifəsinə təyinat alıb. Azərbaycan Dövlət İqtisad Universitetinin, Türkiyənin 9 Eylül Universitetinin və Mərmərə Universitetinin məzunu, iqtisad elmləri üzrə fəlsəfə doktoru olan Z.İsaoğlu 2010-cu ildən Azərbaycan Mərkəzi Bankında müxtəlif vəzifələrdə çalışıb, son təyinata qədər “Azər-Türk Bank” ASC-də daxili nəzarət meneceri olub. O, audit və bank fəaliyyətinin digər bir sıra sahələri üzrə zəngin təcrübəyə malikdir, ABB-nin fəaliyyətinə korporativ idarəetmə istiqamətində dəstək göstərəcək.
E.Xəlilov isə Bankın İnsan resursları Departamentinə karyera planlanması və işəqəbul meneceri olaraq təyin edilib. Azərbaycan Dövlət İqtisad Universiteti və Sankt-Peterburq Dövlət Texniki Universitetini bitirmiş E.Xəlilov 2010-cu ildən Azərbaycanın müxtəlif aparıcı şirkətlərində bu sahədə fəaliyyət göstərib, son təyinata qədər “PAŞA Bank” ASC-nin karyera planlanması və işə qəbul meneceri olub.
Xatırladaq ki, artıq bu ilin fevralından ABB öz vakansiyalarını namizədlər üçün elan etməyə başlayıb.
ABB-də digər maliyyə-təşkilati sağlamlaşdırma tədbirləri də intensiv şəkildə davam etdirilir. Bankın İH-nin sədri Xalid Əhədovun rəhbərlik etdiyi idarəetmə komandasının qarşıya qoyduğu əsas hədəflər sağlamlaşdırma və restrukturizasiya prosesini qısa zamanda uğurla reallaşdırmaq, Azərbaycan Prezidentinin 15 iyul 2015-ci il tarixli müvafiq fərmanında Bankın fəaliyyəti ilə bağlı irəli sürülmüş vəzifələri yerinə yetirməkdir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-beynelxalq-bankinda-yeni-teyinatlar-olub11

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR