Azərbaycan millisinin heyəti açıqlandı

Azərbaycan millisinin heyəti açıqlandı
10:57 2 Mart 2017
144 İdman
Ölkə mətbuatı
A- A+

Martın 9-da İranın Əhvaz şəhərində start götürəcək 2-ci Beynəlxalq Fəcr Kuboku üçün Azərbaycan ağırlıqqaldırma yığmasının heyəti açıqlanıb.


Fanat.Az Azərbaycan Ağır Atletika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, turnirdə ölkənin 7 çəki dərəcəsi üzrə 8 idmançısı mübarizə aparacaq.


Yarışda Azərbaycan milli komandasını Ruslan Rzazadə (56 kq), Allahyar Abışov (62 kq), Sabit Bayramov (69 kq), Orxan Zeynalov və Kənan Əliquliyev (hər ikisi 77 kq), Sənan Mirzəyev (85 kq), Xəlil Gəraylı (105 kq) və Asxab Kolayev (+105 kq) təmsil edəcəklər.


Qeyd edək ki, Fəcr Kuboku martın 14-dək davam edəcək 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycan-millisinin-heyti-acqland-t56620.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR