"Real Madrid" klubu icarəyə verdiyi futbolçusunun oynamayacağı hər matça görə 40 min avro qazanacaq

"Real Madrid" klubu icarəyə verdiyi futbolçusunun oynamayacağı hər matça görə 40 min avro qazanacaq
11:02 2 Mart 2017
65 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 2 mart. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun futboçusu Martin Edeqorun icarə əsasında Hollandiyanın "Herenven" komandasına keçidinin təfərruatları məlum olub. 
"Report"un "El Confidencial"a istinadən verdiyi məlumata görə, Norveç millisinin 18 yaşlı yarımmüdafiəçisinin iştirak etməyəcəyi hər bir matç onun hazırkı klubuna baha başa gələcək.
Müqavilədə yer alan bəndə əsasən, baş məşqçi Edeqoru meydana buraxmayacağı təqdirdə, "Herenven" "kral klubu"na 40 min avro ödəməli olacaq.
İcarə müqaviləsi 2018-ci ilin yayına qədər nəzərdə tutulub. Norveçli futbolçu icarədə olduğu müddətdə Hollandiya təmsilçisinin keçirdiyi 7 oyunun hamısında iştirak edib.
Qeyd edək ki, Norveç milli komandası DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığması ilə birgə C qrupunda yer alıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/real-madrid-klubu-icareye-verdiyi-futbolcusunun-oynamayacagi-her-matca-gore-40-min-avro-qazanacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR