Makkeyn Rusiya ilə bağlı xüsusi komitə yaratmağa çağırdı

Makkeyn Rusiya ilə bağlı xüsusi komitə yaratmağa çağırdı
11:13 2 Mart 2017
79 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Konqresi Rusiyanın prezident seçkilərinə təsirinin araşdırılması üzrə xüsusi komitə yaratmalıdır.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu təkliflə amerikalı senator Con Makkeyn çıxış edib.

“Əgər Rusiya seçkilərə təsir cəhdlərində müvəffəqiyyət qazansaydı, bu, demokratiyaya zərbə olardı. Mən buna görə də vəziyyətin araşdırılması üzrə xüsusi komitənin yaradılmasını vacib hesab edirəm”, - deyə senator CNN televiziya şirkətinin birbaşa yayımında deyib.

O bildirib ki, Rusiyanın ABŞ-da seçkilərə müdaxilə cəhdlərinə şübhə etmir.

Amma senator etiraf edib ki, xüsusi komitənin yaradılması uzunmüddətli prosesdir. O vurğulayıb ki, xüsusi komitənin yaradılmasına kimi ABŞ kəşfiyyatı faktları öyrənməli və nəticələri çıxarmalıdır.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/189857.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR