Əliyar Ağayev ÇSKA - “Benfika” oyununda

Əliyar Ağayev ÇSKA - “Benfika” oyununda
11:17 2 Mart 2017
111 İdman
Ölkə mətbuatı
A- A+

UEFA Gənclər Liqasının 1/4 final mərhələsinə təyinatlar açıqlanıb. Fanat.Az apasport.az-a istinadən xəbər verir ki, qitə futbol qurumu Azərbaycan hakimlərinə də təyinat verib.

 

Belə ki, martın 7-də Rusiyanın ÇSKA və Portuqaliyanın “Benfika” klubları arasında keçiriləcək görüş həmyerlilərimizə tapşırılıb. Moskvada keçiriləcək qarşılaşmanı FIFA referisi Əliyar Ağayev idarə edəcək.

 

Onun köməkçiləri Rza Məmmədovla Akif Əmirəli olacaq. Matçın dördüncü hakimi funksiyasını Aleksandra Ponomaryova yerinə yetirəcək.

 

Həmyerlilərimizin işinə rusiyalı hakim-inspektor Yuri Baskakov qiymət verəcək.

 

Qeyd edək ki, Oktyabr stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 17.00-da başlayacaq.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-liyar-aayev-cska-benfika-oyununda-t56622.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR