Dövlət Komitəsi müsabiqə elan edib

Dövlət Komitəsi müsabiqə elan edib
11:22 2 Mart 2017
124 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 mart. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini icmalar arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibətilə “Heydər Əliyev irsi və İslam həmrəyliyi” mövzusunda məqalə müsabiqəsi elan edib.
Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, müsabiqəyə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin tənzimlənməsi, xalqımızın milli-mənəvi dəyərlərinin və çoxəsrlik adət-ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi, o cümlədən Azərbaycan dövlətinin İsalm dünyasında vəhdətin, həmrəyliyin gücləndirilməsi istiqamətində gördüyü işlər barədə məqalələr təqdim oluna bilər. 
Eyni zamanda, ölkədə tarixən mövcud olan multikultural və tolerant mühitdən, müxtəlif dinlərin və dini konfessiyaların nümayəndələrinin birgəyaşayış mədəniyyətindən, bu sahədə Azərbaycan təcrübəsinin dinlərarası və məzhəblərarası münasibətlərə verə biləcəyi töhfələrdən bəhs edən məqalələr də qəbul olunur.
Müsabiqədə birinci yerin sahibinə 500, ikinci yerə 400, üçüncü yerin sahibinə isə 300 manat məbləğində mükafat veriləcək. Hər biri 100 manat olmaqla üç həvəsləndirici mükafat da olacaq.
Müsabiqəyə məqalələr martın 2-dən aprelin 20-dək qəbul olunacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/din/dovlet-komitesi-musabiqe-elan-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR