Qazla bağlı növbəti problem - "1 manat havada qaldı" - FOTO

Qazla bağlı növbəti problem - "1 manat havada qaldı" - FOTO
11:22 2 Mart 2017
128 Ölkə
Ölkə mətbuatı
A- A+

Qaz kartına 25 manat yüklədim. Ancaq sayğaca 24 manat yükləndi. 1 manat havada qaldı.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu məsələni jurnalist İlkin Muradov sosial şəbəkədə ictimailəşdirib.

O, bunun fırıldaq olduğunu iddia edir: "Sayğacda da 70 qəpik qalmışdı. Bəs 1 manat hara getdi? Həftədə 1-2 dəfə qaz əvəzinə hava verən SOCAR, indi də hərədən 1-2 manat mənimsəmək variantına keçib".

Qafqazinfo məsələ ilə əlaqədar "Azəriqaz" İB-nin Mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevə müraciət edib. O qeyd edib ki, sözügedən məsələləri aydınlaşdırmaq üçün abonent qəbzlə birlikdə ASAN Xidmət mərkəzlərindən birinə müraciət etməlidir: "Orada abonentə qarşılaşdığı problem izah ediləcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/522501.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR