Azərbaycanlı FİFA referisi UEFA Gənclər Liqasının 1/4 final matçına təyinat alıb

Azərbaycanlı FİFA referisi UEFA Gənclər Liqasının 1/4 final matçına təyinat alıb
11:22 2 Mart 2017
103 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Gənclər Liqasının 1/4 final mərhələsinin oyununa təyinat alıb. "Report"un məlumatına görə, gənc beynəlxalq dərəcəli baş hakim Rusiyanın paytaxtı Moskvada MOİK və Portuqaliya "Benfika"sı arasında keçiriləcək ilk 1/4 final matçını idarə edəcək.
Ona Rza Məmmədovla Akif Əmirəli yan xətt hakimləri qismində yardımçı olacaqlar. 4-cü hakim funksiyasını rusiyalı Aleksandra Ponomaryova, hakim-inspektor Yuri Baskakov, UEFA nümayəndəsi isə qazaxıstanlı Oljas Abrayevdir.
Qeyd edək ki, martın 7-də "Oktyabr" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlanacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycanli-fi-fa-referisi-uefa-gencler-liqasinin-1-4-final-matcina-teyinat-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR