Ötən ay Azərbaycanın fərdi uçot sistemində əlavə olaraq 37 846 nəfər şəxsə fərdi şəxsi hesab açılıb

Ötən ay Azərbaycanın fərdi uçot sistemində əlavə olaraq  37 846 nəfər şəxsə  fərdi şəxsi hesab açılıb
11:27 2 Mart 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 mart. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində ötən ay əlavə olaraq 37 846 nəfər şəxs qeydiyyata alınıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, bu da əvvəlki yanvar ayı (21 545 nəfər) ilə müqayisədə 75,7 faiz çoxdur.
Beləliklə, martın 1-nə fərdi uçot sistemində qeydiyyatda olan vətəndaşların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz çox, yəni 3 431 299 nəfər təşkil edib. Onlardan 59,5 faizi kişilər, qalanları isə qadınlardır.
Sığortaolunanlar arasında 30 yaşa qədər olanlar 685 226 nəfər (20 faiz), 30-40 yaşlarında olanlar 885 389 nəfər (25,8 faiz), 40-50 yaşlarında olanlar 682 563 nəfər (19,9 faiz), 50-60 yaşlarında olanlar 715 281 nəfərdir (20,8 faiz). Qalan sığortaolunanlar 60 yaşdan yuxarı olan şəxslərdən ibarətdir.
Fərdi uçot sistemi Azərbaycanın sığorta-pensiya sisteminin vacib elementi olmaqla, əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasına xidmət edir. Sistemdə uçota alınan hər bir sığortaolunan üçün fərdi şəxsi hesab açıldıqdan sonra bunu təsdiqləyən sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilir və sığortaolunana təqdim edilir.
Sığortaolunan onun üçün açılmış fərdi şəxsi hesabında gələcək pensiya təminatı üçün kapitalı toplamaq imkanı əldə edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sığortaolunanlara məlumatların verilməsi” elektron xidməti vasitəsilə sığortaolunan fərdi şəxsi hesabındakı öz pensiya kapitalının toplanmasına mütəmadi nəzarəti də həyata keçirə bilir.

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/oten-ay-azerbaycanin-ferdi-ucot-sisteminde-elave-olaraq-37-846-nefer-sexse-ferdi-sexsi-hesab-acil

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR