"Aviareps" şirkəti Bakıda ofis açıb

"Aviareps" şirkəti Bakıda ofis açıb
11:27 2 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 mart. REPORT.AZ/ Turizm və hava yolları üzrə satış və marketinq sahəsində dünya liderlərindən hesab edirlən "Aviareps" şirkəti beynəlxalq bazarda fəaliyyətini genişləndirərək Bakıda da ofis açıb. "Report" xəbər verir ki, yeni ofis Azərbaycan və Gürcüstan bazarı üçün Baş Satış Agentliyi, marketinq, PR, hava yolları, səfərlər, turizm xidmətlərinə dair təşviqat işləri və digər istiqamətlər üzrə fəaliyyət həyata keçirəcək.
Qeyd edək ki, bu, şirkətin 46 ölkə üzrə sayca 61-ci ofisi olub.
"Azərbaycanın son zamanlar nəzərə çarpacaq dərəcədə inkişaf etməsi, MDB ölkələri sırasında 4-cü iri iqtisadiyyat olması və hava yolları, turizm sahəsində yaratdığı çoxsaylı imkanlar, inkişaf etməkdə olan bazarı ilə daha çox diqqət çəkməsi şirkəti Bakıda ofis açmağa sövq edib", - deyən "Aviareps"in baş icraçı direktoru Edqar Laker bildirib ki, dinamik inkişaf etməkdə olan Azərbaycan uzun müddətdir beynəlxalq müştərilərin diqqətindədir.
"Aviareps"in Bakı ofisi Baş Satış Agentliyi kimi artıq "Singapore Airlines" ("Sinqapur Hava Yolları", aprel ayından başlayaraq) və "AVİS Rent a Car" (avtomobil kirayəsi) şirkəti üçün işləməyə başlayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/aviareps-sirketi-bakida-ofis-acib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR