Azərbaycanlı müğənnilərin Bakıdakı biznes obyektləri

Azərbaycanda da şou-biznes nümayəndələri şəxsi biznes qurmaqda maraqlıdırlar.

Gələcəkləri haqda düşünən məşhurlarımız müxtəlif biznes sahələrində özlərini sınayır. Bəs görəsən məşhurlarımız hansı biznes sahələrinə pul yatrır?

Daima dəblə maraqlanan və müxtəlif moda tədbirlərində iştirak edən Zamiq Hüseynov “ZH kişi geyimləri” mağazasına sahibdir.

Vasif Məhərrəmlinin də oğlunun adını daşıyan kişi geyimləri mağazası var.

Emil Bədəlov son illərdə turizmə artan marağı görərək, ötən il qızının adını daşıyan “S group Travel” səyahət şirkəti açdı.

Şou-biznesin qalmaqallardan uzaq müğənnisi İlqar Muradov isə "Fayton" restoranın sahibidir.


Restoran biznesinə marağı olan məşhurlar arasında “Bu şəhərdə” komandasının aktyorları Rafael və Coşqun da var. Onların sahibi olduğu restoranın da adı “Bu şəhərdə”dir.

Gənc müğənni Yaşar Cəlilovun isə gözəllik salonu var.

Əməkdar artist Abbas Bağırov “ABA şirniyyat evi”nə rəhbərlik edir.


Xatirə İslam isə xına mərasimlərinin təşkilatı ilə məşğuldur. Onunla eyni işi bölüşənlər arasında müğənni Xuraman Şuşalı və rəqqasə Fatimə Fətəliyeva da var.


Əməkdar artist Röya Ayxan isə dəb sahəsinə olan marağına görə moda evi açıb.

İşləri ilə bağlı tez-tez Hindistanda olan Oksana Rəsulova rəqs məktəbi açıb. O, həm də prodakşın sahibidir.

Rəvan Nasiroğlu / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR