“Məni futbola yaxın buraxmırlar” - Emin Quliyev

“Məni futbola yaxın buraxmırlar” -   Emin Quliyev
11:37 2 Mart 2017
71 İdman
Ölkə mətbuatı
A- A+

Milli komandamızın sabiq üzvü və son iş yeri "Rəvan" klubunda olan Emin Quliyev sportal.az saytına müsahibə verib. Fanat.Az müsahibəni təqdim edir.


- “Rəvan”dan ayrıldıqdan sonra təkliflər oldu?

- Xeyr, təkliflər olmadı.


- U-21 milli komandamızın baş məşqçisi Yaşar Vahabzadə İslam oyunlarında keçiriləcək yarşıda yığmamıza rəhbərlik edəcək. Həmçinin, Qranatkin turnirində uğursuz çıxış edən U-17 yığma komandamızda da məşqçi dəyişikliyi baş vermədi. Aşağı yaş qrupları üzrə millilər nəticə göstərmir, amma məşqçilər eyni çalışdırıcılardır. Sizə və digər mütəxəssislərə etimad göstərən yoxdur...

- Əvvələr də bu barədə suallar çox olub. Mənə də çox maraqlıdır. Əziyyət çəkmiş insanlar çoxdur. Onlara da şans verilməlidir.


- Eyni məşqçilərin vəzifədə qalması nə ilə əlaqədər ola bilər? Uğursuz çıxışlara baxmayaraq, dəyişmirlər...

- Bu haqda artıq bilmirəm. Əgər nəticə yoxdursa, digərinə şans verilməlidir.


- Emin Quliyev onların yerində olsaydı, nəticə göstərməyəcəyi halda postundan gedərdi?

- Sözün düzü, gedərdim. Xasiyyətim hamıya məlumdur.


- Azərbaycan Premyer Liqasını izləyirsiz?

- Əvvəlki kimi marağım yoxdur. Amma arada izləyirəm.


- Qayıdaq sizin dövrünüzə. Həmin vaxtla müqayisədə çempionatımızın səviyyəsi necədir?

- Səviyyə aşağı düşüb. Kimə desən, belə deyəcək. Əvvəl komandaların sayı çox idi. İndi isə 8 klub Premyer Liqada mübarizə aparır. Maraqlı və səviyyəli çempionat üçün klubların sayı çox olmalıdır.


- Sizcə, neçə komanda mübarizə aparsa, Premyer Liqamız maraqlı keçər?

- Minimum 12 klub olsa, yaxşı olar.


- Mütəxəssislərin fikirlərinə görə, Premyer Liqada bölgə klublarına daha çox üstünlük verilməlidir...

- Əlbəttə, mən də razıyam. İmişli, Yevlax, Zaqatala, Lənkəran və Tovuz kimi bölgələrin klubları Premyer Liqada mübarizə aparırdılar. Bu bölgələrin komandaları olanda, çempionat maraqlı keçirdi. Əyalət təmsilçiləri Premyer Liqaya rəng qatır.


- “Rəvan”dan ayrıldıqdan sonra heç AFFA da sizinlə maraqlanmadı?

- Heç bir təklif olmayıb və maraqlanmayıblar. 


- Bir zamanlar milli komandada və aparıcı klublarda oynamısız. İndi heç düşünmürsüz ki, bu qədər əziyyət çəkdim, amma indi işsizəm...

- Əziyyətim boş-boşuna gedib. Arada fikirləşirəm və təəssüflənirəm. 25-30 il futbol oynamışam. Mənim həyatım futboldur. Bundan başqa heç bir iş bacarmıram. Hər kəs öz sənətini yaxşı bilir və bu sahədə çalışmalıdır. Başqa sahədə çalışa bilmərəm axı. Futbola da yaxın buraxmırlar. Özünüz gördüyünüz kimi.


- Futbol oynayanlar qalıb kənarda, amma oynamayanlar iş başındadır.

- Nə deyək, Allah hamımıza kömək olsun. Belədir...


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-mni-futbola-yaxn-buraxmrlar-t56623.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR