Lisenziyaların müddəti dəyişdirilə bilər

Lisenziyaların müddəti dəyişdirilə bilər
11:52 2 Mart 2017
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda mobil rabitə xidmətləri ilə bağlı fəaliyyət növünə lisenziya 10 il müddətinə veriləcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bununla bağlı "Lisenziyalar və icazələr haqqında" qanununa dəyişiklik təklif edilir.

Dəyişiklik layihəsinə əsasən, "Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı"na "Sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə)" fəaliyyət növü əlavə edilir.

Bu fəaliyyət növünə lisenziyanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 10 il müddətinə verəcək.
Dəyişiklik layihəsi Milli Məclisin martın 7-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/522503.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR