Ermənistanın baş naziri açıqladı

Ermənistanın baş naziri Karen Karapetyan parlamentdə qalmaqallı çıxış edib.

Bu barədə “Joxovurd” qəzeti yazıb. Onun sözlərinə görə, aprel müharibəsi zamanı ordunun yanacaqla problemi yaranıb. Bu üzdən hərbi texnika işləməyib. Məlum olub ki, dizel yanacağını kerosinlə qatışdıraraq bazarda şatırlarmış.

“Aprel müharibəsi günlərində vaxt olmuşdu ki, hərbi texnikamız bu səbəbdən işə düşmədi. Baş verənlərə satqınlıqdan başqa ad vermək olmaz. Məhz bu fırıldaqçılıq üzündən texnikamız işləmədi, 100-dən çox itki verdik. Təbii olaraq ortaya sual çıxır, bu faktlarla bağlı bu günədək cinayət işi qaldırılmayıb. Ümumiyyətlə, məlum deyil bütün bunlara görə kim cavab verəcək” – baş naziri belə deyib. //Avropa.info


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR