""Hoqqa" "Məhəllə"nin rekordunu təzələdi" - FOTO

""Hoqqa" "Məhəllə"nin rekordunu təzələdi" - FOTO
12:17 2 Mart 2017
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Dilarə Əliyeva rol aldığı "Hoqqa" filmindən danışıb. 

Milli.Az bildirir ki, axşam.az-a açıqlama verən aktrisa bildirib ki, ekran işini yetərincə tamaşaçı izləyib:

"Yeni filmimi özüm də bəyəndim, tamaşaçılar da. Deyərdim ki, "Hoqqa" "Məhəllə"nin rekordunu təzələdi. O mənada ki tamaşaçı "Məhəllə"yə hansı marağı göstərmişdisə, həmin diqqət "Hoqqa"da da özünü göstərdi. Çoxsaylı tamaşaçı zəngləri, kinoteatrlara axın edən insanlar onun çox böyük uğurundan xəbər verdi. Bir ay keçməsinə baxmayaraq, hələ də seansları bacardığımız qədər artırırıq. Bu da məni çox sevindirir".

D.Əliyeva həyat yoldaşı, "Soy production"ın rəhbəri Oktay Əliyevdən söz açıb:

"Oktaydan çox irad eşitmirəm. O, həmişəki kimi dayaqdı, filmin başında durub. Əziyyət çəkdik, indi də xoş sözlər eşitdikcə bəhrəsini görürük".

Aktrisa hər zaman formada qalmasından söz açıb:

"Bir qadının əhvalı xoş olarsa, o, həmişə formada qalacaq. Ən gözəl makiyaj qadın təbəssümüdür. Xanımlara məsləhət görürəm ki, idmana çox üstünlük versinlər. Çünki idman insanın ruhunu da gözəl saxlayır".

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/522513.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR