Şəmkirdə soyğunçuluq edən şəxslər polisə bıçaqla xəsarət yetirib

Şəmkirdə soyğunçuluq edən şəxslər polisə bıçaqla xəsarət yetirib
12:17 2 Mart 2017
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 mart. REPORT.AZ/ Şəmkirdə ticarət mərkəzində soyğunçuluq edən şəxslər polisə bıçaqla xəsarət yetirib.
"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Şəmkir şəhərində yerləşən ticarət mərkəzlərindən birində əvvəllər məhkum olunmuşlar - rayon sakini, Ülfət Vəliyev və Yevlax rayon sakini Zaur Qocayev Təzəkənd kənd sakini Gülsüm Məmmədovaya zor tətbiq edib içərisində 50 manat olan pul kisəsini alıblar.
Bu zaman yaxınlıqda olan iki polis əməkdaşı onları saxlayarkən Z.Qocayev polis əməkdaşlarından birinin əlinə bıçaqla xəsarət yetirib. Z.Qocayev saxlanılaraq Rayon Polis Şöbəsinə təhvil verilib, digər şəxsin tutulması üçün tədbirlər görülür.
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/semkirde-soygunculuq-eden-sexsler-polise-bicaqla-xesaret-yetirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR