Toyda peşmançılıq: bəylə gəlin yıxıldı, 14 qonaq yaralandı - FOTO

Toyda peşmançılıq: bəylə gəlin yıxıldı, 14 qonaq yaralandı - FOTO
12:17 2 Mart 2017
159 Maraqlı
Ölkə mətbuatı
A- A+

Londondakı "The Holiday İnn" hotelininin restoranındakı toy 29 yaşlı Endryu Hyuz və onun xanımı, 26 yaşlı Emi-Lenna Bryus üçün peşmançılıqla, xəsarətlərlə, təəssüflə başa çatıb.

Milli.Az The Sun-a istinadən bildirir ki, şəhərin Hemel Hempsted səmtində yerləşən otelin restoranına pilləkənlə qalxan bəylə gəlin və qonaqlar yıxılıblar.

Pilləkən qəflətən çöküb. 3 metr hündürlükdən ilk əvvəl bəylə gəlin düşüblər, sonra da 14 qonaq yerə dəyib.

Onlar müxtəlif dərəcəli bədən xəsarətləri və travmalar alıblar.

5 qonağın durumu ciddidir: onlar ağır travmalarla xəstəxanaya yerləşdiriliblər.

Endryu Hyuzun dediyinə görə, hər şey onlar şəkil çəkdirən an baş verib: "Fotoqraf kameranı bizə tuşlayanda qəflətən pilləkən çökdü. Hamımız yıxıldıq. Yaralı qonaqların qışqırıqları hələ də qulaqlarımdan getməyib".

Gəlinin atası, 52 yaşlı Kristofer Bryusun dediyinə görə, qızı hələ də şokdadır.

"The Holiday İnn" otelinin rəhbərliyi üzr istəyib və təzminat ödəməyə hazır olduğunu bəyan edib.

Polis olayı araşdırır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində









Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/522458.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR