16 dərəcə isti olacaq - SABAH

16 dərəcə isti olacaq - SABAH
12:19 2 Mart 2017
132 Digər
Ölkə mətbuatı
A- A+

Martın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 5-7°, gündüz 10-14°, Bakıda gecə 5-7°, gündüz 11-13° isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında isə sabaha gözlənilən hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam bəzi qərb rayonlarında yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 3-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5° isti, gündüz 6-11° isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza gəlincə isə, martın 4-ü gündüzədək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268910

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR