Bu ilin yanvarında 29 min yeni vergi ödəyicisi qeydə alınıb

Bu ilin yanvarında 29 min yeni vergi ödəyicisi qeydə alınıb
12:22 2 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 mart. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanda 29 min yeni vergi ödəyicisi qeydiyyata alınıb. "Report" xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasnın (ASK) "Vergi sistemində aparılan islahatlar: vergi qanunvericiliyində və inzibatçılığında yeniliklər" mövzusunda iş adamları ilə keçirilən görüşdə vergilər nazirinin müşaviri Ələkbər Məmmədov deyib.
Ə.Məmmədovun sözlərinə görə, bu, ötən ilə analoji göstəricisinə nisbətən 4 dəfə çoxdur.
"2016-cı ilin yanvarında bu rəqəm 7 minə bərabər olub. Bu ilin yanvarına olan məlumata görə, qeydiyyatda olan vergi ödəyicilərinin sayı 700 mindən çoxdur. Onların 100 mindən bir qədər çoxu hüquqi şəxslər, digər hissəsi isə fiziki şəxslərdir".

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/bu-ilin-yanvarinda-29-min-yeni-vergi-odeyicisi-qeyde-alinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR