Bolqarıstan və Yunanıstan Azərbaycanda birgə logistika mərkəzi açacaq

Bolqarıstan və Yunanıstan Azərbaycanda birgə logistika mərkəzi açacaq
12:27 2 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 mart. REPORT.AZ/ Bolqarıstan və Yunanıstan Azərbaycanda birgə logistika mərkəzi yaratmaq niyyətindədir. "Report"un Bolqarıstan mətbuatına istinadən verdiyi xəbərə görə, bu məsələ Burqas şəhərinin (Bolqarıstan) meri Dimitr Nikolov və Aleksandrupolis şəhərinin (Yunanıstan) meri Yevangelis Lambakisin görüşü zamanı müzakirə edilib.
Qeyd edək ki, görüş zamanı tərəflərin müzakirə mövzusu Bolqarıstan və Yunanıstanın bu iki şəhəri arasında dəmir yolu əlaqəsinin təkmilləşdirilməsi və elektrikləşdirilməsi ilə bağlı olub.
Bundan başqa, hər iki şəhərin meri Azərbaycan da daxil olmaq, Rusiya, Moldova, Ermənistanda Burqas və Aleksandrupolis arasında daşınacaq yüklər üçün birgə logistika mərkəzlərinin yaradılması barədə qərar qəbul ediblər.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bolqaristan-ve-yunanistan-azerbaycanda-birge-logistika-merkezi-acacaq1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR